tandl

FAQ - tez tez verilən suallar

Dərslər ödənişlidir?

Bəli. Hər müəllim qeydiyyatdan keçərkən dərs dediyi fənnin qiymətini qeyd edir.

Ödəniş necə olur?

Hal-hazırda ödəniş məsələləri müəllim və tələbə öz aralarında müəyyən edir.

Onlayn ödəniş etmək mümkündür?

Xeyr, hal-hazırda ödənişlərin formatı müəllim və tələbə arasında müəyyən olunur. Yaxın gələcəkdə Tandl platforması onlayn ödəniş sistemini tətbiq edəcəkdir.

Pulsuz dərs götürə bilərəm?

Bəli, əgər müəllim pulsuz dərsin mövcudluğunu öz profilində qeyd edibsə.

Dərslər individual keçirilir?

Müəllim qeydiyyatdan keçərkən, qrupda dərs deyəcəyi tələbələrin sayını qeyd edir. Müəllim individual dərs keçirsə, tələbə sayını 1 qeyd edir.

Mənim dərs dediyim fənn yoxdur saytda. Nə edim?

Əgər siz müəllimsinizsə və dərs dediyiniz fənn saytın qeydiyyat hissesində yoxdursa, bizimlə əlaqə saxlayın və biz dərsi sayta əlavə edək.

Dərslər hansı proqramda olur?

Tələbə dərsi rezerv etdikdən sonra, müəllim öz profilinə daxil olur və rezervi təsdiq və ya inkar edir. Təqsdiq etdikdə, dərs vaxtı çatanda, “Sinif” səhifəsinə daxil olur və birbaşa platformada video dərslərə başlayır. Hal-hazırda dərslərin keçirilməsi yalnız kompüter və ya noutbuk vasitəsi ilə mümkündür.

Müəllim özü tələbələr tapa bilər?

Bəli, müəllim öz mövcud olan tələbələri üçün platforma üzərindən dərslər keçə bilər.

Müəllim kimi qeydiyyat üçün nə etməliyəm?

Qeydiyyat səhifəsinə keçid alıb, dərs dediyiniz fənni, öz dərs cədvəlinizi, bir saat üzrə dərsin qiymətini, qrupda maksimum tələbə sayını, mobil nömrənizi qeyd etməlisiniz, öz şəklinizi yükləyib və özünüz haqqında qısa məlumatı yazmağınız tələb olunur.

İstədiyim fənni necə rezerv edə bilərəm?

Seçdiyiniz müəllimin səhifəsinə daxil olduqdan sonra uyğun olan vaxtı seçib rezerv et düyməsi vasitəsi ilə təsdiqləyirsiniz. Əgər müəllim rezervi qəbul etsə, qeyd etdiyiniz zamanda “Sinif” səhifəsinə daxil olaraq video dərslərə başlaya bilərsiniz.

İnternetim sürətli deyilsə nə etməliyəm?

İnternetinizin sürəti aşağıdırsa dərs zamanı mümkün olan təqdirdə video görüntünü söndürmək məsləhət görülür. Əgər video görüntü vacibdirsə, digər proqramlardan (Skype, WhatsApp) istifadə etməyiniz tövsiyyə olunur.